İran hərbçiləri Fars körfəzində Marşal adaları bayrağı altında üzən Louise P tankerinə pilotsuz uçuş aparatı ilə zərbə endirib. Bu barədə İranın dövlət teleradio şirkəti SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə günorta saatlarında həyata keçirilib və tanker ABŞ aktivlərindən biri hesab olunur.
Bu gün günorta saatlarında Fars körfəzində Marşal adaları bayrağı altında üzən Louise P tankerinə pilotsuz aparat vasitəsilə zərbə endirilib, – deyə məlumatda bildirilir.
Bununla yanaşı, İran hərbçiləri Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirilən zərbələr nəticəsində ciddi itkilərin olduğunu iddia ediblər.
Onların məlumatına görə, BƏƏ-də yerləşən Əl-Dafra hərbi bazasına və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına edilən hücumlar nəticəsində 200-dən çox hərbçi həlak olub və yaralanıb.

