Moskvaya 400-dən çox pilotsuz uçuş aparatı ilə kütləvi hücum edildiyi bildirilir.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, paytaxta yaxınlaşan 40-dan çox dron məhv edilib.
Hücumdan sonra Moskva vilayətində “Wildberries” şirkətinə məxsus iri logistika mərkəzində, neft anbarında və sənaye parkında yanğınların başladığı bildirilir.
Domodedovodakı sənaye parkına hücum nəticəsində mina-partlayış xəsarətləri alan altı nəfər xəstəxanaya yerləşdirilib.
Podolskdakı “Wildberries Koledino” logistika mərkəzində işçilərin təxliyəsinə başlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şirkətin eyni vaxtda iki anbarı hədəfə alına bilər.
Podolskun Lvovski mikrorayonunda yerləşən neft anbarının da vurulduğu ehtimal edilir. Bundan başqa, Domodedovodakı “Yujnıye Vorota” sənaye kompleksində yanğın qeydə alındığı bildirilir.

