Mayın 7-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Moskva vilayətində yerləşən hərbi və strateji obyektlərə hücum edib.
İlkin məlumata görə, zərbələrdən biri Rusiyanın Müdafiə Nazirliyinə məxsus Narofominskdəki “Nara” istehsalat-logistika kompleksinə dəyib.
Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 28 pilotsuz uçuş aparatını vurub. Onlardan 11-i səhər saatlarınadək məhv edilib.
Qalıqların düşdüyü ərazilərdə fövqəladə xidmət əməkdaşları işləyib.
Yerli sakinlər Narofominsk və ətraf ərazilərdə gecə boyu ardıcıl partlayış səslərinin eşidildiyini bildiriblər.
İlkin ehtimala görə, hücumun hədəfi Rusiya ordusunun resurslarının saxlanılması və paylanılması üçün istifadə olunan hərbi-logistika kompleksi olub.

