Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan daha bir pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Moskvaya doğru uçan bir pilotsuz aparat məhv edilib. Qalıqların düşdüyü ərazidə fövqəladə xidmətlərin əməkdaşları işləyir”, — deyə Sergey Sobyanin bildirib.
Məlumata görə, bu gün ərzində Moskva istiqamətində vurulan dronların sayı artıq 62-yə çatıb.
Qeyd olunur ki, Moskva artıq üçüncü gündür ardıcıl olaraq pilotsuz uçuş aparatlarının kütləvi hücumlarına məruz qalır.

