Küveytin hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirilən hücumu dəf edir.
Bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qurumun məlumatına görə, əmirliyə qarşı raketlər və pilotsuz uçuş aparatları tətbiq olunur.
Baş Qərargah bildirib ki, hava hücumundan müdafiə qüvvələri hazırda düşmən raket hücumlarına və dron zərbələrinə qarşı mübarizə aparır.
Hücumun dəf edilməsi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

