İraq Kürdüstanının Ərbil vilayətində İran kürd müxalifət təşkilatına məxsus bazaya partlayıcı ilə yüklənmiş iki pilotsuz uçuş aparatı ilə hücum edilib.
“Rudaw”ın məlumatına görə, hücum Ərbil vilayətinin Rizgari, digər adı ilə Topzava bölgəsində yerləşən bazanı hədəf alıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin baza və onun ətrafındakı əraziyə maddi ziyan dəyib.
Bildirilib ki, mümkün təhlükəsizlik riskləri səbəbindən baza hücumdan əvvəl təxliyə edildiyi üçün hadisə zamanı ərazidə heç kim olmayıb.
“Rudaw” hücum zamanı “Shahed-136” tipli pilotsuz uçuş aparatlarından istifadə edilmiş ola biləcəyini qeyd edib. Lakin bu məlumat hələlik mənbə tərəfindən təsdiqlənməyib.

