İran İraqın şimalındakı Ərbil şəhərində yerləşən separatçı qrupların mövqelərinə qarşı raket və pilotsuz uçuş aparatı hücumlarını artırıb.
Məlumata görə, İran ordusu əsasən PJAK mövqelərini, eləcə də bölgədəki separatçı kürd qruplarına aid əsas mərkəzləri və strateji bazaları çoxsaylı kamikadze PUA və raketlərlə hədəfə alıb.
Zərbələr nəticəsində Ərbilin müxtəlif ərazilərində güclü partlayışlar baş verib. Şəhərin bir sıra nöqtələrindən qalxan tüstü müşahidə olunub.
Bölgədə intensiv PUA hərəkətliliyinin davam etdiyi bildirilir. Raket və pilotsuz uçuş aparatlarının hədəflərə dəydiyi anlar kameralara düşüb.

