Səudiyyə Ərəbistanı Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” (husilər) hərəkatı ilə münaqişənin diplomatik yolla həllinə hazırdır.
Bu barədə The Wall Street Journal qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ər-Riyad münaqişənin daha da genişlənə biləcəyindən ehtiyat etdiyi üçün danışıqlar imkanını açıq saxlayır.
“Səudiyyə Ərəbistanı münaqişənin diplomatik həllinə açıqdır. Əks halda, qarşıdurmanın nəzarət altında saxlanılması son dərəcə çətin olacaq”, – deyə məqalədə bildirilir.
Mənbələr həmçinin qeyd ediblər ki, Səudiyyə Ərəbistanı bölgəyə xarici muzdlu döyüşçülərin cəlb edilməsi variantını da nəzərdən keçirir.
İddialara görə, həmin döyüşçülər Ər-Riyadın Yəməndəki müttəfiqlərinə dəstək vermək üçün göndərilə bilərlər.

