Səudiyyə Ərəbistanı Yəmənin şimalında hakim olan şiə hərəkatı “Ənsar Allah”ı (husiləri) İranla bağlı münaqişəyə qoşulmamaq üçün cilovlamağa çalışır. Bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, ABŞ və İsrail husilərin cavabına səbəb ola biləcək addımlardan yayınmağa çalışır.
Mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanı ilə husilər arasında 2022-ci ildə bağlanmış razılaşma mövcuddur və bu razılaşmaya əsasən husilər krallığın ərazisinə və ya gəmilərinə hücum etməməlidir.

