"Qalatasaray"da "Yanq Boyz"a məğlubiyyətdən sonra klubda gərginlik artıb.
Den.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazana bilməməyin ardından klub daxilində problemlər üzə çıxıb. Futbolçulara may ayından bəri çempionluq mükafatlarının ödənilməməsi səbəbindən motivasiyaları azalıb.
Bundan əlavə, klub idarə heyətinin üzvü Ali Yüce qara bazar bilet qalmaqalı ilə əlaqədar istefa verib. Klub rəhbərliyi bu iddiaları araşdırmaq üçün müstəqil audit firması ilə əməkdaşlıq edərək qanun pozuntularını araşdırmağa başlayıb.
Bütün bunlar "Qalatasaray"ın gələcəyi üçün ciddi qeyri-müəyyənlik yaradır. Eyni zamanda maliyyə çətinlikləri narahatlıqları daha da artırır.
"Qalatasaray"dakı xaosun səbəbi bilindi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.