"Qalatasaray" matçında meydandan çəkilən "Adana Dəmirspor"un prezidenti Bedirhan Durak istefa verib.
Den.az xəbər verir ki, bu barədə Bedirhan Durak özünün sosial media hesabında açıqlama verib. Azarkeşlərə müraciət edən Durak klubun və özünün mənafeyi naminə istefa verdiyini ifadə edib. Qeyd edək ki, "Qalatasaray" - "Adana Dəmirspor" matçında hakimin penalti qərarından sonra qonaqlar birinci hissədə hesab 1-0 olarkən meydandan çəkilib. Qonaqların penalti qərarına etiraz etdiyi üçün meydandan çəkildiyi bildirilir. Penalti qərarının doğru olmadığı irəli sürülür. "Adana Dəmirspor" klubunun meydandan çəkilməsi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Bedirhan Durak prezidentliyi boyunca sosial mediada sıx tənqidlərlə yanaşı dəstək də alıb.
Qalmaqallı "Qalatasaray" matçından sonra klub prezidenti istefa verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.