Kriştiano Ronaldo "Qalatasaray"la müqavilə bağlaya bilər.
Den.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilənin şərtləri də mətbuata sızdırılıb. İddialara görə, Ronaldo "Qalatasaray"la 2+1 illik müqavilə imzalayacaq. Bildirilir ki, hazırda “Əl-Nəsr”də yüksək maaş alan Ronaldonun “Qalatasaray”dan o qədər də yüksək məbləğdə maaşı olmayacaq. Ronaldo “Qalatasaray”a İstanbul kimi bir şəhərin komandası olduğu üçün üstünlük verib. Çempionlar Liqasına vəsiqənin olması da çox vacib amildir. Ulduz futbolçu transferi üçün "Qalatasaray"dan 10 milyon avro alacaq. Bu pul futbolçuya 4+4+2 olaraq ödəniləcək.
Ronaldonun ilk il üçün “Qalatasaray”dan illik 15 milyon avro maaş alacağı iddia edilir. İkinci ildə bu ödəniş 10 milyon avroya qədər azalacaq. Müqavilənin 1 il uzadılması halında ulduz futbolçu daha 8 milyon avro qazanacaq. Müqaviləd müxtəlif bonuslar da var.
Türk klubundan tarixi transfer - Detallar mətbuata sızdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.