sen
2023
09:20
288

"Qalatasaray"dan ilin transferi

7 sen, 2023
09:20
288

"Qalatasaray"dan ilin transferi

“Qalatasaray” “Atletiko Madrid”in hücumçusu Antonio Qrizmanı transfer etmək üçün hərəkətə keçib.

Den.az xəbər verir ki, “Qalatasaray” Qrizman üçün iddialı təklif irəli sürüb. Türkiyə mediasının məlumatına görə, “Qalatasaray” Qrizmanı Dries Mertensin yerinə kluba cəlb etmək istəyir. Fransız ulduz transfer edilərsə Mertens klubdan göndəriləcək. İddialara görə, Mertens özü də başqa kluba transfer olmaq istəyir.

Məlumata görə, Qrizman “Qalatasaray” rəhbərliyi ilə danışandan sonra Türkiyədə futbol oynamağa razılıq verib. “Atletiko Madrid” isə futbolçunu buraxmaq istəmir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar