Kriştiano Ronaldo “Əl-Nəsr” klubundan ayrıla bilər.
Den.az xəbər verir ki, “Əl-Nəsr”lə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu Səudiyyə Ərəbistanının digər klubu ilə anlaşa bilər. Portuqaliya mətbuatında yer alan iddiaya görə, Ronaldonun yaxınları futbolçunun çempionluq yarışında iştirak edən klubda forma geyinmək istədiyini iddia edib. Onun Səudiyyə Ərəbistanının Pro Liqa komandası “Əl Hilal”a transfer ola biləcəyi bildirilib. Həmçinin bildirilib ki, “Əl-Nəsr” Ronaldonun məvacibini yenidən nəzərdən keçirib. Məlumata görə, Ronaldoyüksək maaşla yenidən “Əl Nəsr” klubu ilə müqavilə imzalaya bilər.
Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasının “YouTube” kanalına açıqlamasında karyerası barədə danışmışdı. Portuqaliyalı ulduz açıqlamasında komandasına daha çox kubok qazandırmaq istədiyini ifadə edib. Səudiyyə Ərəbistanında xoşbəxt olduğunu bildirən futbolçu, "Ailəm və mən burada xoşbəxtik. Bu gözəl ölkədə yeni həyata başladıq. Həyat gözəldir, futbol da gözəldir. Liqada təkcə komandalar deyil, həm də akademiyalar uğurlar əldə edir” - deyə bildirib.
Ronaldo bu kluba transfer ola bilər - Əzəli rəqibi istəyir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.