ABŞ Səudiyyə Ərəbistanına NATO-ya daxil olmayan əsas müttəfiq statusu verib.
Bu barədə ABŞ prezidenti Donald Tramp ABC telekanalına açıqlamasında məlumat verib.
Ağ Evdə Vaşinqtona səfər edən Səudiyyə Ərəbistanının vəliəhdi, krallığın baş naziri Məhəmməd bin Səlman əl-Saudun şərəfinə verilən rəsmi qəbulda çıxış edən Tramp iki ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyini bildirib. Prezidentin sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanı tarixi müdafiə üzrə strateji saziş imzalayıblar.
“Səudiyyə Ərəbistanı rəsmi şəkildə ABŞ-ın NATO-dan kənar əsas müttəfiqləri sırasına daxil edilib”,
— deyə Donald Tramp vurğulayıb.
Tramp qeyd edib ki, yeni status regionun təhlükəsizliyini möhkəmləndirəcək və Vaşinqtonla Ər-Riyad arasında daha dərin müdafiə tərəfdaşlığına imkan yaradacaq.

