Newcastle United F.C. İngiltərə Kubokunun 1/16 final mərhələsində səfərdə Aston Villa F.C.nı 3:1 hesabı ilə məğlub edib.
Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Temmi Abraham açıb. İlk hissənin sonunda birmingemlilər qapıçı Marko Bizotun qırmızı vərəqə alması ilə azlıqda qalıb.
İkinci hissədə “sağsağanlar”ın heyətində Sandro Tonali 63 və 76-cı dəqiqələrdə dubla imza atıb. 88-ci dəqiqədə isə Nik Voltemade fərqlənərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq.
Komandalar arasında ilk oyun 18 fevralda Bakıda keçiriləcək.

