Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Aston Villa” və PSJ üz-üzə gəlib.
Den.az xəbər verir ki, oyunöncəsi mərasimində böyük səhvə yol verilib. Məlumata görə, “Villa Park”da keçirilən mərasimdə Çempionlar Liqası musiqisi əvəzinə UEFA Avropa Liqası musiqisi səsləndirilib. Futbolçular da buna maraqlı reaksiya veriblər. Musiqi yekunlaşandan sonra futbolçular meydançada yerlərini almaq istəyərkən, təşkilatçılar səhvlərini anlayıblar. Ardınca Çempionlar Liqasının musiqisi səsləndirilib.
Qeyd edək ki, cavab oyununda “Aston Villa” 3-2 hesabı ilə qələbə qazansa da, ilk oyunda 1-3 hesabı ilə məğlub olduğuna görə, yarım finala PSJ vəsiqə qazanıb.