İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində “Nyukasl Yunayted” və “Mançester Siti” komandaları arasında ilk oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, Nyukasl-apon-Tayn şəhərində, “Sent-Ceyms Park” stadionunda keçirilən qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Siti”nin ilk qolunu 53-cü dəqiqədə “Bornmut”dan transfer olunduqdan sonra klubda ikinci oyununu keçirən vinger Antuan Semenyo vurub. 90+8-ci dəqiqədə isə hücumçu Rayan Şerki qonaqların üstünlüyünü artırıb.
“Şəhərlilər”lə “sağsağanlar” arasında yarımfinalın cavab oyunu 4 fevralda, Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.

