Portuqaliyalı futbolçu Kriştianu Ronaldo tarixdə ən çox qazanan idmançılar siyahısında 3-cü yeri tutub. Siyahını Sportico dərc edib.
Birinci yerdə basketbolçu Maykl Cordan qərarlaşıb – onun ümumi gəliri 4,5 milyard dollar təşkil edir. İkinci yeri isə qolfçu Tayqer Vuds (2,88 milyard dollar) tutur.
Kriştianu Ronaldonun gəliri 2,52 milyard dollar olaraq göstərilib.
Onun əsas rəqibi, argentinalı futbolçu Lionel Messi siyahıda 5-ci yerdədir – 1,99 milyard dollar. İki futbol ulduzu arasında isə basketbolçu Lebron Ceyms (2,03 milyard dollar) qərarlaşıb.

