2026-cı ildə Bloomberg reytinqinə görə dünyanın ən varlı qadını amerikalı Alis Uolton olub.
Walmart ticarət şəbəkəsinin varisi olan Uoltonun sərvəti 148 milyard dollar qiymətləndirilir.
Siyahıda ikinci yeri fransalı milyarder Fransuaza Betankur-Meyers tutur. L'Oreal kosmetika imperiyasının varisi olan Betankur-Meyersin sərvəti bir il ərzində 811 milyon dollar artaraq 93,4 milyard dollara çatıb.
Ən varlı qadınların üçlüyünü isə amerikalı Culiya Fleşer Kox tamamlayır. Onun sərvəti 78 milyard dollar qiymətləndirilir. Son bir ildə Koxun sərvəti 544 milyon dollar artıb. Qeyd edək ki, 2019-cu ildə həyat yoldaşı Devid Koxun ölümündən sonra o, uşaqları ilə birlikdə ABŞ-ın ən böyük sənaye şirkətlərindən biri olan Koch şirkətinin səhmlərinin 42 faizini miras alıb.
Bildirilib ki, Alis Uoltonun sərvəti son bir ildə 15 milyard dollar artsa da, o, dünyanın ən varlı 10 insanı siyahısına daxil ola bilməyib. Həmin reytinqdə birinci yeri isə SpaceX, Tesla və xAI şirkətlərinin sahibi İlon Mask qoruyur.

