Əfsanəvi amerikalı basketbolçu Maykl Cordan Sportico nəşrinin versiyasına görə bütün dövrlərin ən çox qazanan idmançısı seçilib.
Jurnalın analitiklərinin məlumatına görə, NBA-nın altıqat çempionu olan və 2003-cü ildə karyerasını başa vuran Cordanın real qazancı 3,28 milyard dollar təşkil edib. İnflyasiya nəzərə alınmaqla bu məbləğ 4,5 milyard dollara qədər yüksəlib.
Reytinqdə ikinci yeri amerikalı qolfçu Tayger Vuds (2,88 milyard dollar), üçüncü yeri isə hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldo (2,52 milyard dollar) tutub.

İlk onluqda həmçinin amerikalı basketbolçu Lebron Ceyms (2,03 milyard dollar) və argentinalı futbolçu Lionel Messi (1,99 milyard dollar) yer alıb. Onları qolfçular Arnold Palmer (1,85 milyard dollar) və Cek Niklaus (1,83 milyard dollar), eləcə də ingilis futbolçu Devid Bekhem (1,26 milyard dollar) izləyir. Siyahını isveçrəli tennisçi Rocer Federer (1,29 milyard dollar) və amerikalı boksçu Floid Meyvezer (1,16 milyard dollar) tamamlayır.
Ümumilikdə Sportico reytinqinə 17 ölkədən 50 idmançı daxil edilib. Siyahıda Rusiya təmsilçiləri yer almayıb. Reytinqə 10 idman növü üzrə atletlər daxil edilib.

