Misir millisi futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb.
Komanda 1/16 final mərhələsində Avstraliyanı penaltilər seriyasında məğlub edib.
Dallasda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında daha dəqiq oynayan misirli futbolçular 4:2 hesablı qələbə qazanıblar. Penaltilərdən əvvəl Avstraliya millisinin baş məşqçisi qapıçı Patrik Biçi Metyu Rayanla əvəzləsə də, bu dəyişiklik nəticəyə təsir etməyib.
Misir futbolçuları penaltilər seriyasında dörd zərbənin hamısını dəqiq yerinə yetiriblər.
Qeyd edək ki, qrup mərhələsində Misir millisi G qrupunu ikinci, Avstraliya isə D qrupunu ikinci pillədə başa vurmuşdu.

