Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İsveçrə millisi Kolumbiyanı məğlub edib.
Vankuverdə keçirilən oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub.
Penaltilərdə daha dəqiq oynayan İsveçrə yığması 4:3 hesabı ilə qalib gəlib və adını növbəti mərhələyə yazdırıb.
İsveçrə millisinə Moskva “Spartak”ının sabiq baş məşqçisi Murat Yakın rəhbərlik edir. Kolumbiya millisinin ehtiyat oyunçuları arasında isə “Krasnodar”ın hücumçusu Con Kordoba da yer alıb. Lakin o, daha əvvəl aldığı zədə səbəbindən turnirdən kənarda qalıb.
Bu qələbə sayəsində İsveçrə millisi tarixində dördüncü dəfə dünya çempionatının 1/4 finalına yüksəlib. Komanda bunu sonuncu dəfə 72 il əvvəl bacarmışdı.
1/4 finalda İsveçrə millisi turnirin son qalibi Argentina ilə qarşılaşacaq. Argentina əvvəlki mərhələdə Misiri 3:2 hesabı ilə məğlub edib.

