Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 20 yaşadək gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatıb.
Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Azərbaycanın sərbəst güləş üzrə yığması turnirdə uğurlu nəticə göstərərək 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Komandamız 170 xalla komanda hesabında ikinci yeri tutub.
Azərbaycan idmançılarından Hacı Kərimov 70 kq, Yusif Dursunov isə 125 kq çəki dərəcəsində qızıl medal əldə edib.
Camal Abbasov 61 kq, Nurlan Ağazadə isə 74 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Turnirdə bürünc medallara isə Məhəmməd İsmayılov 57 kq, Bəşir Verdiyev 65 kq, Məhəmməd Abbaszadə 86 kq və Fərhad Süleymanlı 97 kq çəki dərəcələrində sahib olublar.

