Azərbaycan karateçiləri Rumıniyada keçirilən fudokan üzrə Avropa çempionatında 9 medal qazanıblar.
Karate Federasiyasından Trendə verilən məlumata görə, Babək Qələmzadə böyüklər arasında fərdi kumite üzrə mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Elmir Kazımzadə 10-11 yaş, 40 kiloqram, Qorxmaz Səfərli 14-15 yaş, 65 kiloqram, Rəvan Şirinov 16-17 yaş, 65 kiloqram, Elton Əliyev 16-17 yaş, 75 kiloqram, Mehdi Abdullayev 16-17 yaş, +75 kiloqram və Tahir Ələkbərov U-21, +75 kiloqram çəki dərəcəsində birinci yeri tutublar.
Əli Hacıyev U-21, 75 kiloqram çəki dərəcəsində gümüş, Ayxan Pirquliyev isə 16-17 yaş, 65 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən 985 idmançı iştirak edib.

