Türkiyənin “Lora Shipping” gəmiçilik şirkətinə məxsus “LUNI” yük gəmisi İranın Bəndər-Abbas limanı yaxınlığında qəzaya uğrayıb.
Bu barədə “Fars News” məlumat yayıb.
Məlumata görə, Sent-Kits və Nevis bayrağı altında üzən gəminin gövdəsinə su dolmağa başlayıb. Bundan sonra gəmi iki hissəyə bölünüb və qismən suya batıb.
Hadisənin dəqiq səbəbi hələlik müəyyən edilməyib.
Bəzi mənbələr qəzanın başqa gəmi ilə toqquşma nəticəsində baş verdiyini bildirir. Digər ehtimala görə isə “LUNI” dənizdə sürüklənən minaya düşərək partlayıb.
Rəsmi qurumlar indiyədək hadisənin səbəbləri, eləcə də ekipaj üzvləri arasında ölən və ya yaralananların olub-olmaması barədə məlumat verməyib.

