ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun gələcək dünya çempionatlarından birinin ABŞ və Çində keçirilməsi ilə bağlı zarafat etdiyini bildirib.
Bu barədə TASS məlumat yayıb.
Trampın sözlərinə görə, o, İnfantinoya növbəti turnirin yenidən ABŞ-də keçirilməsini, lakin bu dəfə Meksika və Kanadanın ev sahibliyinə daxil edilməməsini təklif edib.
“Mən ona dedim ki, növbəti dəfə yenə ABŞ-ni seçsin, ancaq bu dəfə Meksika və Kanadanı daxil etməsin. Canninin isə başqa ideyası var idi. O dedi ki, növbəti dəfə turniri Çin və ABŞ-də keçirə bilərik. Beləliklə, oyunlar arasında qısa uçuşlar olar. Futbolçuların xoşuna gələr”, – deyə Tramp zarafatla bildirib.
Növbəti – 2030-cu il dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin yüzilliyi münasibətilə ilk üç xüsusi qarşılaşma Argentina, Paraqvay və Uruqvayda keçiriləcək.
2026-cı il dünya çempionatının finalında Argentina və İspaniya yığmaları üz-üzə gələcək. Qarşılaşma 19 iyulda ABŞ-nin İst-Raterford şəhərindəki “MetLife” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Final matçının baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.

