FIFA-nın ABŞ Prezidenti Donald Trampı İspaniya millisinin dünya çempionluğundan sonra çəkilən komanda fotosundan çıxardığı bildirilir.
Məlumata görə, Tramp ispaniyalı futbolçuları qələbə münasibətilə təbrik etmək üçün şəxsən meydana çıxıb. Mükafatlandırma mərasimindən sonra ümumi foto çəkilərkən ondan meydanı tərk etməsi istənilsə də, ABŞ Prezidenti futbolçuların yanında qalmağa davam edib.
Daha sonra FIFA-nın yayımladığı komanda fotosunda Trampın görüntüdən çıxarıldığı iddia olunub.
FIFA nümayəndələri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

