La Liqanın prezidenti Xavyer Tebas Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyasının — FİFA-nın prezidenti vəzifəsindən ayrılmalı olduğunu bildirib.
O, bu barədə “La Gazzetta dello Sport” nəşrinə müsahibəsində danışıb.
Tebas İnfantinonun ABŞ-də keçirilən 2026-cı il dünya çempionatı zamanı qəbul etdiyi qərarları tənqid edib.
“Məncə, onun vaxtı artıq başa çatıb. Lakin sistemin və federasiyaların dəstəyi onun tərəfindədir. Müxalif namizəd yoxdur, çünki heç kim uduzmaq üçün seçkiyə qatılmaq istəmir. Bu sistem başlanğıcdan qüsurludur”, — deyə Tebas bildirib.
La Liqa rəhbərinin sözlərinə görə, FİFA federasiyaların və azarkeşlərin istəklərini nəzərə almadan öz maraqlarına uyğun qərarlar qəbul edir.
Tebas dünya çempionatının oyunlarında məcburi üç dəqiqəlik su fasilələrinin tətbiqini də ayrıca tənqid edib. Onun fikrincə, bu qərar idman səbəblərindən daha çox kommersiya məqsədləri üçün verilib.

