İtaliya Futbol Federasiyası (FIGC) Canni İnfantinonun FIFA prezidenti postu uğrunda mübarizəsində ona dəstəyini dayandırdığını açıqlayıb.
FIGC prezidenti Covanni Malaqo bildirib ki, bu qərar federasiyanın mövqeyini açıq və şəffaf şəkildə ifadə etmək məqsədi daşıyır.
Onun sözlərinə görə, İtaliya tərəfi azarkeşlərin futbolun mərkəzində olduğu modelin təşviqi üçün UEFA ilə əməkdaşlığı davam etdirəcək.
Bu arada UEFA-nın da İnfantinoya qarşı daha sərt mövqe tutmağa hazırlaşdığı bildirilir. Məlumata görə, qurum FIFA rəhbərinə qarşı daha birbaşa və qəti addımlar atmağı planlaşdırır.
Beləliklə, İnfantinonun növbəti prezidentlik kampaniyası ərəfəsində Avropadan siyasi dəstəyin zəifləməsi daha aydın görünməyə başlayır.

