Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FİFA prezidenti Canni İnfantinoya etimad göstərmədiyini və bu səbəbdən FİFA-nın təşkil etdiyi yarışları boykot etmək mövqeyini davam etdirəcəyini açıqlayıb.
Sky News-un məlumatına görə, UEFA bildirib ki, FİFA-nın mübahisə doğuran xarici investorların cəlb edilməsi layihəsindən imtina etməsi kifayət deyil.
Avropa futbol qurumunun fikrincə, bundan əlavə, gələcəkdə futbolun quruluşunu dəyişə biləcək oxşar cəhdlərin bir daha edilməyəcəyinə dair aydın təminat verilməlidir.
UEFA qeyd edib ki, bu şərtlər yerinə yetirilməyib və “İnfantinonun prezidentliyinə etimad itib”.
FİFA rəhbəri ilə açıq qarşıdurma iyul ayında onun dünya çempionatlarının keçirilməsinə özəl investorların cəlb edilməsi planından sonra başlayıb.
Planın tənqidçiləri İnfantinonu gəliri maksimum artırmağa çalışarkən futbolun, oyunçuların və azarkeşlərin maraqlarını arxa plana atmaqda ittiham ediblər.
İnfantino sonradan layihədən geri çəkilsə də, onun əleyhdarları, o cümlədən UEFA, mövqelərini dəyişməyiblər və istefa tələblərini davam etdirirlər.

