Böyük Britaniyada 21 yaşlı tanınmış reqbiçi Denni Dörbin qəfil vəfat edib.
Bu barədə Need To Know nəşri məlumat yayıb.
21 yaşlı idmançı Bristolun “Avonmouth Old Boys” klubunda çıxış edib və komandanın ən yaxşı oyunçularından biri hesab olunub. O, klubun aşağı yaş qruplarında yetişib, daha sonra əsas komandada müntəzəm çıxış etməyə başlayıb.
Sentyabrın 25-də ailəsi Dörbinin vəfat etdiyini açıqlayıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Yaxınları və dostları baş verənlərin onlar üçün gözlənilməz və sarsıdıcı olduğunu bildiriblər.
Dörbin eyni zamanda Bristolda tədbirlərin təşkili ilə məşğul olan şirkətdə direktor kimi çalışıb.
Onun ailəsi 30 ildən artıqdır “Avonmouth Old Boys” klubu ilə əlaqəlidir. İdmançının atası hazırda klubun sədr müavini vəzifəsini tutur.

