67 yaşında 1982-ci il dünya çempionu, İtaliya millisinin sabiq futbolçusu Franko Barezi vəfat edib. Bu barədə "Milan" klubunun mətbuat xidməti məlumat yayıb. İdmançının ölüm səbəbi açıqlanmayıb.
Barezi İtaliyanın ən məşhur müdafiəçilərindən biri olub və karyerası ərzində "Milan" klubunda və İtaliya milli komandasında çıxış edib. O, İtaliya millisinin heyətində 1982-ci il dünya çempionatının qalibi olub.
İyulun 29-da bir sıra İtaliya KİV-ləri Barezinin vəfat etdiyini yazmışdı. Lakin "Milan"ın mətbuat xidməti bu məlumatları təkzib edərək, sabiq futbolçunun "çətin dövr keçirdiyini" bildirmişdi.

