Amerikalı aktyor Pat Finn vəfat edib. O, “Dostlar” və “Daha da pisi ola bilər” seriallarındakı rolları ilə tanınırdı. Bu barədə New York Post məlumat yayıb. Aktyor 60 yaşında dünyasını dəyişib.
İlkin məlumatlara görə, Pat Finn onkoloji xəstəlikdən vəfat edib. 2022-ci ildə ona sidik kisəsi xərçəngi diaqnozu qoyulmuşdu.
Aktyorun ailəsi ölüm xəbərini dərin kədərlə açıqlayıb.
“Finn ailəsi böyük kədər və dərin hüznlə sevimli komediya aktyoru Pat Finnin vəfat etdiyini bildirir”, — deyə aktyorun nümayəndəsi açıqlamasında qeyd edib.
Pat Finn “Dostlar” serialında Monikanın sevgilisi doktor Rocer obrazında çıxış edib. O, həmçinin “Doktor Haus” serialında senator Anderson rolunu canlandırıb.
Aktyorun film və televiziya karyerasında 60-dan çox layihə yer alır. Pat Finn həyat yoldaşı Donna və üç övladı ilə birlikdə yaşayırdı.

