Meksikanın Sinaloa ştatının Masatlan şəhərində 19 yaşlı qapıçı İsabel Akosta Ernandes evində ölü tapılıb. Yerli media onu qadın futbolunun yüksələn ulduzu adlandırırdı. Bu barədə Need To Know məlumat yayıb.
Məlumata görə, idmançının cansız bədəni 9 iyunda yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.
Nəşrin yazdığına əsasən, evdə zorakılıq və ya müqavimət izləri aşkarlanmayıb. Hadisə ilə bağlı istintaq davam edir. Futbolçunun ölüm səbəbi hələlik məlum deyil.
İsabel Akosta Ernandes “Mazatlán” klubunda çıxış edib. O, faciədən bir müddət əvvəl “Obson Dynamo” komandasına keçmişdi. Gənc idmançı burada həm futbolçu kimi çıxış edir, həm də gənc qız futbolçuları məşq etdirirdi.
Komandada onu istedadlı və perspektivli idmançı kimi yüksək qiymətləndirirdilər.

