Azərbaycanlı kikboksçu Amin Quliyev İndoneziyada keçirilən “Byon Madness 5” döyüş gecəsində qalib gəlib.
Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının üzvü olan peşəkar idmançı oktyabrın 3-də Bandunq şəhərindəki “Bandung Arena”da rinqə çıxıb.
67 kiloqramadək çəki dərəcəsində mübarizə aparan Amin Quliyevin rəqibi Fransanı təmsil edən Mərakeşəsilli peşəkar döyüşçü Hakim Bahha olub.
Gərgin və mübarizəli keçən qarşılaşmanın yekununda hakimlərin qərarı ilə qələbə Azərbaycan təmsilçisinə verilib.

