Azərbaycanlı döyüşçü Tofiq Musayev ABŞ-ın Sietl şəhərində keçirilən UFC Fight Night 271 turnirində çilili rəqibi İqnasio Baxamondes üzərində qələbə qazanıb.
Yüngül çəkidə baş tutan qarşılaşma üç raund davam edib və 36 yaşlı Musayev xallar üzrə qalib gəlib.
Bu qələbə ilə Tofiq Musayev peşəkar MMA karyerasında 22-ci qələbəsini əldə edib (5 məğlubiyyət). 28 yaşlı rəqibi Baxamondesin isə aktivində 17 qələbə və 7 məğlubiyyət var.
Qeyd edək ki, bu nəticə Musayev üçün UFC-də ilk qələbə olub.

