UFC-də ən yüngül çəki dərəcəsində çıxış etmiş braziliyalı qarışıq döyüş növləri ustası Allan Nasimento 34 yaşında dünyasını dəyişib.
UFC-nin mətbuat xidmətinin məlumatına görə, idmançı bazar ertəsi yuxuda olarkən ehtimal edilən ürəktutmadan sonra huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.
Allan Nasimento peşəkar MMA karyerası ərzində 22 qələbə qazanıb və 7 məğlubiyyət alıb. Braziliyalı döyüşçü UFC-də keçirdiyi 6 qarşılaşmanın 4-də qalib gəlib.

