Paris Sen-Jermen klubu “Ayntraxt”ın hücumçusu Randal Kolo Muanini transfer etdiyini rəsmən açıqlayıb.
Den.az xarici KİV-ə istinadla bildirir ki, Fransa klubu ilə forvard arasındakı müqavilə 2028-ci ilə qədərdir.
Medianın məlumatına görə, sövdələşmə təxminən 75 milyon avro və bonuslar təşkil edib. Daha əvvəl futbolçu Almaniya komandasını tərk edərək PSJ-yə getmək istədiyini açıqlamışdı. Kolo Muani 2022-ci ilin yayında “Nant”dan pulsuz transferlə “Ayntracht Frankfurt”a keçib.
Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.Keçən mövsüm Kolo Muani “Ayntraxt”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 23 qol vurub, 17 məhsuldar ötürmə edib.
PSJ yeni hücumçu aldı - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.