Şahruddin Məhəmmədəliyevin ardından "Qarabağ"ın daha bir futbolçusu karyerasını Türkiyyənin Super Liqa təmsilçilərindən olan "Adana Demirspor"da davam etdirə bilər.
Den.az "FotoMaç" a istinadən xəbər verir ki, "mavi şimşəklər" 22 yaşlı cinah müdafiəçisi Toral Bayramovun xidmətində maraqlıdır. Məlumata görə, Adana klubu qış transfer pəncərəsində Ağdam klubuna rəsmi təklif göndərəcək.
Bayramov bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Şahruddin "Adana Demirspor"la 2 illik müqavilə bağlayıb.
Türkiyə klubu "Qarabağ"ın daha bir futbolçusunu istəyir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.