sen
2023
13:40
231

Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan gedir

6 sen, 2023
13:40
231

Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan gedir

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək. Trend xəbər verir ki, bu barədə “TRT Spor” telekanalı məlumat yayıb.
 
Bildirilib ki, 29 yaşlı qapıçı Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.
 
Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.
 
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar