Xəbər verdiyimiz kimi Türkiyə Superliqasının 6-cı turunda "Kasımpaşa" - "Adana Demirspor"u qəbul edib.
Den.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin formasını geyindiyi oyunun fasiləsində gərginlik yaşanıb. İlk hissədə iki qırmızı vərəqədən sonra "Adana Demirspor"un nümayəndələri qəzəblənib. Fasilə zamanı futbolçular soyunub-geyinmə otağına gedərkən klubun futbol direktoru Gökhan Göktürk böyük qəzəblə futbolçu Kevin Rodrigesə doğru addımlayıb. Hər kəsi təəccübləndirən reaksiyadan sonra futbolçular araya girərək Göktürkü sakitləşdirməyə çalışıblar.
Qeyd edək ki, ilk hissədə Kevin Rodriges də olmaqla "Adana Demirspor"un iki futbolçusu qırmızı vərəq alıb. Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev 23-cü dəqiqədə meydana daxil olub. Millinin qapıçısı ilk qolu cərimə zərbəsindən, ikinci qolu isə penaltidən buraxıb. Oyun meydan sahiblərinin 2-1 qələbəsi ilə başa çatıb.
Şahrudinin debüt oyununda direktor futbolçunu döymək istədi - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.