Çempionlar Liqasınının qrup mərhələsində keçirilən “Portu” – “Barselona” oyunu zamanı diqqətçəkən hadisə baş verib.
Den.az xəbər verir ki, “Barselonan”ın futbolçusu Lamine Yamal matçın 71-ci dəqiqəsində meydanı tərk edib. Onun əvəzinə heç bir futbolçu meydana çıxmayıb. Meydana qayıtmayan futbolçunun əvəzinə 10 dəqiqə sonra Markos Alonso oyuna daxil olub. Məlumata görə, Lamine Yamal ishal səbəbindən tualetə getmək üçün meydanı tərk edib. Lakin o geri qayıtmadığı üçün əvəzlənib. Baş məşqçi Xavi Hernandez bildirib ki, futbolçunun səhhətində problemlər olub.
“Lamine 10 dəqiqə meydanda olmadı? Hə, onun xəstəliyi var idi, bunu mənə deyirdi bir müddət. Oyunda faislə yarananda ona dedim ki, tez ayaqyoluna getsin və qayıtsın, amma sonda qayıda bilmədi. Daha sonra mənə dedi ki, meydana çıxmaq vəziyyətində deyildi. Laminenin mədə problemləri var idi” – Xavi Hernandez deyib.
Qeyd edək ki, Lamine Yamal Çempionlar Liqası tarixində 16 yaş 183 gündə ilk 11-də başlayan ən gənc futbolçu kimi də tarixə düşüb.
16 yaşlı futbolçu oyun vaxtı tualetə getdi, qayıtmadı - Qəribə olay

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.