Türkiyə milli komandasının və "Real Madrid" ulduz futbolçusu Arda Güler “Qızıl top” mərasimində ilin ən yaxşı gənc futbolçuları arasında yer alıb.
Den.az xəbər verir ki, "France Football" nəşrinin təsis etdiyi mükafata "Barselona"nın hücumçusu Lamine Yamal layiq görülüb.
Arda Güler isə ilin ən yaxşı ikinci gənc futbolçusu olub.
Qeyd edək ki, "Barselona" klubunun gənc ulduzu Lamine Yamal keçən yay İspaniya milli komandası ilə birlikdə "EURO 2024"də çempion olub. Bu mövsüm "Barselona" forması ilə çıxdığı 14 oyunda 6 qol və 7 məhsuldar ötürməyə imza ataraq yaxşı performans sərgiləyib. Yamalın bu uğurları ona "Ballon d'Or Kopa Trophy" mükafatında ilin ən yaxşı gənc futbolçusu adını qazandırıb.
Arda ikinci oldu, mükafatı Yamal aldı - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.