“Lukoil” şirkəti sanksiya məhdudiyyətləri ilə əlaqədar olaraq öz xarici aktivlərini satmaq qərarına gəlib.
DenMedia.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.
“Bəzi dövlətlər tərəfindən şirkətə və onun törəmə müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar olaraq, “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu bəyan edir. Potensial alıcılardan təkliflərin qəbulu artıq başlanıb,” — deyə açıqlamada bildirilir.
Şirkət nümayəndələrinin sözlərinə görə, satış prosesi OFAC tərəfindən verilmiş lisenziya çərçivəsində həyata keçirilir və bu lisenziya xarici fəaliyyətin dayandırılmasına icazə verir. Onlar həmçinin qeyd ediblər ki, zərurət yaranacağı halda “Lukoil” bu icazənin müddətini uzatmaq üçün müraciət etməyə hazırdır — məqsəd beynəlxalq aktivlərin fasiləsiz işləməsini təmin etməkdir.

