ABŞ Prezidenti Donald Tramp idxala tətbiq olunan rüsumların səviyyəsini 10 faizdən 15 faizə qaldırmaq qərarı verdiyini açıqlayıb.
O, Truth Social platformasında yazıb ki, qərar dərhal qüvvəyə minir və qanunvericiliyə zidd deyil.
Tramp bildirib ki, administrasiya gələcəkdə yeni tarif sistemi üzərində də işləyəcək.
Xatırladaq ki, bundan əvvəl o, bütün ölkələrə münasibətdə 10 faizlik “qlobal rüsumların” tətbiqi ilə bağlı fərman imzaladığını açıqlamışdı. Sonradan Ağ Ev bəzi malların bu tədbirlərdən istisna ediləcəyini bildirmişdi.

