Bitkoinin məzənnəsi 2024-cü ilin oktyabrından bəri ilk dəfə 60 min dollardan aşağı düşüb və həftəni 17 faizlik enişlə başa vurur.
MarketWatch-un məlumatına görə, kriptovalyutanın dəyəri 59,814 min dollar səviyyəsinədək geriləyib. Moskva vaxtı ilə saat 19:55-ə olan məlumata əsasən, bitkoinin məzənnəsi 61,22 min dollar təşkil edib.
Bu həftə kriptovalyutanın ucuzlaşmasına Strategy Inc. şirkətinin 2,5 milyon dollar dəyərində 32 bitkoin satması barədə məlumat səbəb olub. Bitkoinin iri sahiblərindən biri olan Strategy bu kriptovalyutanı 2022-ci ilin dekabrından bəri ilk dəfə satıb.
Cümə günü riskli aktivlərə marağın ümumi azalması da kriptovalyuta bazarındakı enişi dərinləşdirib. Buna ABŞ-da məşğulluqla bağlı müsbət göstəricilərin açıqlanması səbəb olub. Bu məlumatlar treyderlər arasında Federal Ehtiyat Sisteminin bu ilin sonunda əsas faiz dərəcəsini artıra biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

