Bitkoinin qiyməti ticarət zamanı 75 min dollar həddindən aşağı düşüb. Bu, 2025-ci il 7 aprel tarixindən bəri ilk belə haldır.
Məlumatlar Binance kriptovalyuta birjasının göstəricilərinə əsaslanır.
Birjanın məlumatına görə, Moskva vaxtı ilə 06:40-da bitkoin 5,26 faiz ucuzlaşaraq 74 646 dollar səviyyəsində ticarət olunub.
Qeyd edək ki, bundan əvvəl — 5 oktyabrda bitkoin tarixi maksimumunu yeniləyərək 125 min dollar həddini keçmişdi. Həmin gün saat 08:11-də kriptovalyutanın qiyməti 124,9 min dollara çataraq 1,97 faiz artım göstərmişdi. Cəmi bir neçə dəqiqə sonra isə qiymət 125,18 min dollara yüksəlmişdi.
Əvvəlki rekord 2025-ci il 14 avqustda qeydə alınmışdı — həmin vaxt bitkoin 124,47 min dollar səviyyəsində idi.

