Bu gün beynəlxalq bazarlarda neft qiymətləri bahalaşıb.
Brent markalı neftin bir bareli 72,29 dollar, ABŞ-ın WTI markalı nefti isə 68,84 dollar səviyyəsində olub.
“Reuters”in məlumatına görə, Brent nefti 0,39 faiz, WTI isə 0,26 faiz bahalaşıb. Qiymət artımı bazarda tədarükün bərpası və qlobal tələbatla bağlı gözləntilər fonunda qeydə alınıb.

