Dünya bazarında neft qiymətləri ucuzlaşıb.
Son məlumatlara görə, Brent markalı neftin bir barreli 75,07 dollara, ABŞ-ın WTI markalı neftinin bir barreli isə 71,79 dollara satılıb.
“Reuters”in məlumatına görə, Brent nefti 0,25 faiz, WTI isə 0,18 faiz dəyər itirib. Qiymətlərin azalması Hörmüz boğazı ətrafında gərginliyə baxmayaraq, tanker daşımalarının qismən bərpası və tədarüklə bağlı narahatlıqların azalması fonunda baş verib.
Bununla belə, bazarda geosiyasi risklər hələ də qalır. Analitiklər bildirirlər ki, regionda gərginliyin yenidən artması neft daşımalarına və qiymətlərə təsir göstərə bilər.

